Yanğın baş verən ərazidəki DOST Mərkəzi işləməyəcək
"Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar həmin binada yerləşən Abşeron DOST Mərkəzi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək".
Demokrat.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında DOST Agentliyinin sözçüsü Şahin Əliyev deyib.
O qeyd edib ki, bu, mərkəzdə ehtiyac yaranan kiçik təmir işlərinin aparılması ilə əlaqədardır.