Azərbaycanın strateji valyuta ehtiyatları 72 milyard 832 milyon dollar ətrafındadır.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Bu ümumi məbləğdir və bura Mərkəzi Bankın və Dövlət Neft Fondunun ehtiyatları daxildir.