AZ

Elektromobil alanlar belə aldadılır - FOTO

Belə bir məsəl var ki, birinin qurduğunu başqası yıxa bilər. Əvvəllər fırıldaqçılar mexaniki spidometrin göstəricisini gero çəkirdilərsə, sonradan bort kompüterlərinə “girişdilər”.

Avtosfer.az xəbər verir ki, indi də elektromobillərin batareyalarının resurs göstəricilərini dəyişənlər ortaya çıxıb. Elektromobilin dartı batareyası onun ən bahalı və vacib detalıdır. Bəzi modellərdə resurs göstəricisi cihazlar lövhəsində əks olunur.

Artıq xaricdə, o cümlədən Rusiyada bir neçə belə hala rast gəlinib. Xüsusi proqram təminatı ilə batareyanın göstəricisi artrılır (90% və yuxarı). Müştəri avtomobili aldıqdan bir gün sonra isə göstəricinin 50%-dən az olduğunu görür. 

Azərbaycan vətəndşları arasında da xaricdən ikinci əl elektromobil gətirənlər az deyil. Ona görə də, batrareya göstəriciləri dəyişdirilmiş maşınların ölkəmizə yaxın aylarda ayaq açması da istisna olunmur.

Vüqar Yaşaroğlu

Seçilən
52
avtosfer.az

1Mənbələr