AZ

Türkiyədə sorğu: Seçki olsa, kimə səs verəcəklər?

Türkiyədə siyasi partiyalarla bağlı daha bir sorğu keçirilib.

Turkustan.az xəbər verir ki, sorğu “SER-AR” araşdırma şirkəti tərəfindən təşkil olunub.

25-30 oktyabr tarixləri arasında 26 şəhərdə keçirilən sorğuda 2200 nəfər iştirak edib.

Respondentlərə “Bazar günü seçki olsa, hansı partiyaya səs verərsiniz?” sualı ünvanlanıb. Diqqətçəkən nəticələr qeydə alınıb.

Həmin nəticələri təqdim edirik:

• Cümhuriyyət Xalq Partiyası (CHP) – 29,7 %
• Ədalət və İnkişaf Partiyası (AKP) – 28,1 %
• Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) – 10,6 %
• Milliyətçi Hərəkat Partiyası (MHP) – 8,9 %
• Yenidən Rifah Partiyası (YRP) – 7,3 %
• Zəfər Partiyası – 7,2 %
• İYİ Partiya – 3,5 %
• Türkiyə İşçi Partiyası (TİP) - 1,8 %
• Digər – 2,9 %.

Həmçinin, sorğuda iştirak edənlərə prezident seçkiləri olsa, kimə səs verəcəkləri sualı da ünvanlanıb. Nəticələr isə aşağıdakı kimi olub:

• Mansur Yavaş – 38,8 %
• Rəcəb Tayyib Ərdoğan – 33,4 %
• Əkrəm İmamoğlu – 22,3 %
• Digər – 5,5 %.

/Cebheinfo.az/

Seçilən
17
turkustan.az

1Mənbələr