AZ

"Nağd pulun istifadə edilməsi üçün region ofislərinin saxlanılmasına ehtiyac yoxdur"

Biz keçən il ilk dəfə olaraq operator bank yanaşmasını tətbiq etdik.

FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda iki bank ABB və Kapital Bank Mərkəzi Bankın operator bankı kimi çıxış edir. Onlar bazarda nağd vəsaitlərinin tədavülünü təmin edirlər.  

Keçən ilə qədər hər şey AMB tərfindən keçirilirdi, amma hal-hazırda bu iki bank həm özləri üçün, həm də digər banklar üçün nağd vəsaitlərin tədavülünü həyata keçirirlər. Biz bu prosesə nəzarət edirik. Nağd pulun istifadə edilməsi üçün region ofislərinin saxlanılmasına ehtiyac yoxdur. Orda çalışan işçilərimiz kifayət qədər ixtisaslıdırlar və onları AMB işlə təmin edəcək.

Seçilən
53
fed.az

1Mənbələr