Azərbaycanda həkimlərin maaşı yetərli olmadığından başqa ölkədə işləməyə gedirlər. Bunu deputat Səyyad Aran deyib.
"Azərbaycanda həkimlərin əməkhaqqları az olduğundan işləmək üçün başqa ölkələrə gedirlər. Məsələn İmişlidə 30 həkim var. Bir çox sahələrdə ümumiyyətlə həkim yoxdur. İxtisaslı kadrlar hara gedirlər? Bəzi sahələr üzrə isə rayon üzrə yalnz 1 həkim var. Təsəvvür edin bir həkimə min nəfər müraciət edir. Vəziyyət o qədər yaxşı deyil ki, yaşı 65 keçən həkimlərlə müqavilə bağlayıb xidmət gpstərməsini təklif edirlər. Kəndlərdə isə tibb məntəqələri getdikcə bağlanır", - deputat noyabrın 1-də Milli Məclisdə çıxışında deyib.
Deputat təklif edib ki, İcbari Tibbi Sığorta Xidməti rayonlarda daha çox inkişaf etməlidir ki, xəstələr Bakıya gəlmək məcburiyyətində qalmasın.
Gülnar Nazimqızı
www.anews.az