AZ

Almaniya ukraynalı qaçqınlar üçün iş proqramının uğursuzluğunu etiraf etdi- ÖZƏL

Almaniya hökuməti, Ukraynadan gələn qaçqınlar üçün işəgötürmə proqramının uğursuz olduğunu etiraf edib. 

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "BILD" qəzeti Almaniya Hesablama Palatasının keçirdiyi auditdən sonra yayıb.

Bildirilir ki, bir il əvvəl Berlin, ukraynalı qaçqınların işə qəbulu üçün "turbo-proqram" adlanan xüsusi bir layihə başlatmışdı. Bu proqram çərçivəsində   qaydalar yüngülləşdirilmişdi. Lakin proqram gözlənilən nəticəni verməyib.

2023-cü ildə proqramı bitirənlərin yalnız 20%-i iş təklifi alsa da, heç biri işə başlamayıb. 2024-cü ildə də bənzər vəziyyət yaranıb: məzunların 40%-i iş təklifi alıb, lakin onlardan işə başlayanların sayı 1 faizdən az olub.

Məşğulluq mərkəzləri bu vəziyyəti problem hesab etmir və ukraynalı qaçqınların işdən imtina səbəblərini araşdırmır. Mərkəzlərin fikrincə, qaçqınların əksəriyyəti iş üçün uyğun deyil. Ukraynalılar isə işə başlamamaq üçün sağlamlıq problemlərindən uzun gözləmə müddətlərinə qədər müxtəlif səbəblər göstərir.

Bu vəziyyət Almaniyanın qaçqınlar üçün böyük xərclər çəkməsinə səbəb olur. Hazırda təxminən 720 min ukraynalı qaçqın sosial yardım alır və onlara hər ay təxminən 539 milyon avro xərclənir.

Bununla belə, qaçqınlara verilən yüksək sosial yardımlar artıq Almaniyada narazılıqlara səbəb olub. Mühafizəkar "Xristian Demokratik İttifaqı" (CDU) partiyasının lideri Fridrix Mers, ukraynalı qaçqınları işə başlamağa təşviq etmək üçün daha sərt tədbirlərə ehtiyac olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
48
olaylar.az

1Mənbələr