AZ

Patruşev: ABŞ və müttəfiqləri Qara dənizdə Rusiya statusunu hədəf alır- ÖZƏL

Rusiya prezidenti köməkçisi və Dəniz Komissiyasının sədri Nikolay Patruşev, Qara dənizdə Rusiyanın dəniz dövləti statusunu itirməsi ilə ölkəyə strateji zərbə vurmağın ABŞ və müttəfiqlərinin əsas hədəfi olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, bu bəyanatı Patruşev Krımda çıxışı zamanı verib.

"Bizə dost olmayan ölkələr, Rusiyanın Qara dənizdəki dəniz dövləti kimi rolunu azaltmağa çalışır. Onların əsas məqsədi budur və bununla Rusiyaya strateji zərbə vuracaqlarına inanırlar," - deyə Patruşev vurğulayıb.

Xatırladaq ki, Patruşev daha əvvəl ABŞ və Avropanın Ukrayna vasitəsilə Rusiyaya qarşı mübarizə apardığını və bu düşmən ölkələrin bütün potensiallarını səfərbər etdiyini bəyan etmişdi. Lakin onun sözlərinə görə, bu səylərə baxmayaraq, onların planları uğursuz olacaq.

Eyni zamanda, Patruşev ABŞ-ın Rusiyanı məhv etmə planlarının olduğunu qeyd edib. Onun fikrincə, bu halda ABŞ-a dünyada hegemonluq etməkdə heç kim mane ola bilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
olaylar.az

1Mənbələr