“Azərbaycanda onkoloji xəstəliklərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməməsi çox ciddi problemdir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu deputat Elşad Musayev parlamentin bugünkü plenar iclasında deyib.
Deputat əlavə edib ki, seçkilər zamanı onlara ən çox müraciət olunan məsələ də bununla bağlı olub:
“Bu məsələ öz həllini tapmalıdır və onkoloji xəstəliklər icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salınmalıdır”.