AZ

"Xəstəliklər regionlar üzrə təsnifatlaşdırılmalıdır"- Razi Nurullayev

“Ölkədə bəzi ağır xəstəliklərin regionlar üzrə səbəblərinin araşdırması və müvafiq təsnifatın aparılmasını çox vacibdir. Müxtəlif rayonlar üzrə şəkər, təzyiq, onkoloji xəstəliklərin dalğası müşahidə olunur. Yaxşı olar ki, rayonlar üzrə xəstəliklərin səbəbləri, kökləri öyrənilsin”.

News365.az xəbər verir ki, bunu Millət vəkil Razi Nurullayev deyib. O bildirib ki, elə kənd var, o kənddə hamı ürək tutmasından vəfat edir:

“Elə kəndlər var ki, orada şəkər xəstələri çoxdur. Elə kəndlər var ki, orada təzyiq xəstələri çoxdur. Amma bunların səbəbləri bilinmir. Bütün rayonlar üzrə səhiyyə xəritəsinin olması yaxşı olardı ki, insanların əsasən hansı xəstəlikdən xəstələndikləri, öldükləri məlum olsun ki, məsələnin kökündə duran problem həll olunsun. Problemin səbəbi ilə bağlı işlər aparılsın. Görürəm elə rayonlar var, orada onkoloji xəritələr daha çox cavanlaşır. 15,18,20 yaşında uşaqlar belə bu xəstəliyə tutulur. Təbii ki, bunun müxtəlif səbəbləri var. Onun üçün bütün Azərbaycan üzrə səhiyyə xəritəsinin hazırlanması və bu xəritə üzrə də insanların sağlamlığının qorunması ilə bağlı addımların atılmasını təklif edirəm."

Millət vəkili çox vacib məsələyə toxunub. Əslində bu kimi mövzuların müvafiq qurumlar tərəfindən statistikası aparılmaqla yanaşı tədbirlər də görülməlidir. Elmi, tibbi institutlar bu xəstəliklərin həmin rayonlarda çoxluq təşkil etməsinin əsl səbəblərini araşdırıb tədbirlər görməlidir.

News365.az

Seçilən
54
news365.az

1Mənbələr