AZ

ABŞ Zelenskinin sonunu yaxşı görmür - “Vəsiyyətini yaz”

Rusiya Ukraynaya hücum etməzdən əvvəl Qərb Prezident Vladimir Zelenskidən vəsiyyətini yazmasını istəyib.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.

“Ukraynanın böyük dostu olan bir şəxs mənə xəbər göndərdi ki, Zelenski videovəsiyyət hazırlamalıdır”, - sabiq nazir Ukrayna prezidentinin ölümünün Qərbdə mümkün hesab edildiyini vurğulayıb.

Kuleba başqa bir məqama da diqqət çəkib:

“ABŞ-ın vitse-prezidenti Kamala Harris Zelenskiyə mühacirətdə hökumətin qurulmasına hazırlaşmağı, həmçinin Ukraynanı partizan müharibəsinə hazırlamaq üçün hərbi həll yolları axtarmağı tövsiyə edib”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
12
teleqraf.com

1Mənbələr