Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı əsasən sukuk istiqrazlarının buraxılışıüzərində fokuslanıb və müvafiq qanunvericiliyin hazırlanmasınabaşlayıb, bunun üçün Dünya Bankı ilə əməkdaşlıq edir.
Trend xəbər verir ki, bubarədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçotdərəcəsinin müzakirəsinə həsr olunmuş mətbuat konfransındabildirib.
Onun sözlərinə görə, yerli banklardan biri İslam bankçılığı iləbağlı Azərbaycan Mərkəzi Bankına müraciət edib.
“Biz, əsasən, sukuk istiqrazlarının buraxılışı üzərindəçalışırıq və Dünya Bankı ilə birgə bu istiqamətdə müvafiqqanunvericiliyin hazırlanmasına başlamışıq. Bu məsələdə irəliləyişənail olmaq banklar olmadan çətin olacaq, çünki onlar özmüştərilərini daha yaxşı tanıyır.
Hazırda fəaliyyətin test buraxılışı üçün bir bankla danışıqlaraparılır. İlk növbədə sukuklar buraxılması, daha sonra isə İslambankçılığının tətbiqi planlaşdırılır. Düzü, bu layihənin həyatakeçirilməsi üçün 3-5 il tələb olunacaq. Bizim əsas məqsədimizmaliyyə inklüzivliyini artırmaq və maliyyə xidmətlərininəlçatanlığını təmin etməkdir”, — o vurğulayıb.