AZ

Paşinyanın konyakdan imtinasının siyasi səbəbi

Ermənistanın Baş naziri Nikol Paşinyan xalqı siyasi gündəmdən yayındırmaq üçün erməni konyakının adının dəyişdirilməsinin zəruriliyi ilə bağlı açıqlama verib. 

“Cebheinfo.az” TASS-a istinadən xəbər verir ki, bunu şərabçı, respublika parlamentinin keçmiş deputatı Tevan Poqosyan deyib.

Onun sözlərinə görə, Paşinyan əsassız olaraq erməni konyakı məsələsini siyasiləşdirib. 

Eyni zamanda, Poqosyan qeyd edib ki, Fransa çoxdan ixrac üçün istehsal olunan brendinin etiketində “konyak” sözünün yazılmasını tələb edir. Sabiq deputat qeyd edib ki, bu, sırf texniki məsələdir, lakin Paşinyan bunu xüsusi olaraq insanları real gündəmdən yayındırmaq üçün qaldırıb və eyni zamanda başqa bir milli dəyərdən də imtina edib.

Bundan əvvəl Paşinyan erməni konyakını brendi adlandırmağa çağırıb. Onun fikrincə, hətta ailələrdə belə “konyakı brendi adlandırmaq lazımdır.

Seçilən
28
cebheinfo.az

1Mənbələr