AZ

Rusiya NATO-nun Qara dənizlə bağlı planını yaydı: Dunay çayı vasitəsilə...

Rusiya Federasiyası Prezidentinin köməkçisi, Dəniz Kollegiyasının sədri Nikolay Patruşev Krımda gəmiqayırma məsələləri ilə bağlı iclasda çıxış edərək Şimali Atlantika Alyansının Qara dənizdəki hərbi-dəniz mövcudluğunu genişləndirmək istəyini açıqlayıb.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ və NATO Montrö Konvensiyası ilə müəyyən edilmiş Qara dəniz boğazlarından keçid rejimini dəyişməyə çalışır.

Patruşev qeyd edib ki, bu, alyansın və ilk növbədə ABŞ-ın öz dominantlığını saxlamaq üçün Avropanın daxili su yollarından hərbi məqsədlər üçün istifadə etmək məqsədi ilə edilir.

“Onlar Dunay vasitəsilə Qara dənizə çıxmaq üçün dəniz qüvvələrinin mövcudluğunu genişləndirmək planlarını hazırlayırlar”, - prezidentin köməkçisi bildirib.

Seçilən
44
publika.az

1Mənbələr