AZ

Kiyevdən Tiflisə sərt mesaj: “Belarus yolu getsəniz...”

Rəsmi Kiyev Gürcüstan hakimiyyətini Belarus yolu ilə getməməyə, oktyabrın 26-da keçirilən parlament seçkilərində saxtakarlıqlar barədə məlumatları araşdırmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Seçkilərin legitimliyini təmin etmək və siyasi böhranın qarşısını almaq üçün beynəlxalq müşahidəçilər tərəfindən müəyyən edilmiş faktlar araşdırılmalıdır. Biz Gürcüstan hökumətini suverenliyi və müstəqilliyini itirməmək üçün Belarus yolu ilə getməməyə çağırırıq”, - bəyanatda qeyd olunur.

Rəsmi Kiyev Rusiyanın Gürcüstan seçkilərinə yanaşmasına da diqqət çəkir:

“Təəccüblü deyil ki, seçkilərin nəticələri Rusiyada yüksək qiymətləndirilib və təbrik edilib. İradənin təzahürünün nəticələrinə belə təsir üsulları Rusiya rejiminə xasdır. Bu, Gürcüstan hakimiyyətinin bəyan etdiyi Avropa Birliyi və NATO-ya gedən yolla bir araya sığmır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
43
teleqraf.com

1Mənbələr