AZ

Günəşdə bu gün baş verən partlayış insanlarda xərçəng yaradacaq? - Həkimdən açıqlama

Günəşdə böyük partlayış baş verib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, bu, noyabrın 1-nə keçən gecə baş verib.

Alimlərin məlumatına görə, X1.3 partlayışı 27 dəqiqə davam edib.

Bundan əvvəl astrofotograf Mixail Reva Qaraçay-Çerkesiyada qeyri-adi təbii hadisəni, şimal işığı gecə göyünü qırmızı rəngə boyadığını qeyd etmişdi.

Onun sözlərinə görə, bu, maqnit fırtınalarının təsiri ilə baş verib.

Bundan əvvəl Rusiya Tibb Elmləri Akademiyasının baş elmi işçisi, tibb elmləri namizədi Yevgeni Çeremuşkin NEWS.ru-ya müsahibəsində "Bunun Yer kürəsi sakinlərində xərçəngə səbəb ola biləcəyi nəzəriyyəsi var. Sübut yoxdur" deyə o qeyd edib.

Mütəxəssis onu da qeyd edib ki, belə partlayışlar astronavtlar üçün də təhlükə yarada bilər.


Seçilən
31
azia.az

1Mənbələr