Zhang Yiming, “Tik-Tok” və “Douyin”in ana şirkəti olan “ByteDance”nin həmtəsisçisi və keçmiş baş direktoru kimi tanınan məşhur Çinli sahibkardır.
Hurun Araşdırma İnstitutuna görə, Zhang 49,3 milyard dollarlıq xalis sərvəti ilə ilk dəfə ölkənin ən varlı adamları siyahısında birinci yerdədir. O, siyahının qurulduğu 1999-cu ildən bəri Çinin ən varlı adamı seçilən 18-ci şəxsdir.
Zhang Yiming 1983-cü ildə Çinin Fujian əyalətində kiçik bir şəhər olan Longyanda anadan olub. Böyüdükcə o, həmişə texnologiya və proqramlaşdırma ilə maraqlanırdı. 2001-ci ildə mikroelektronika üzrə daxil olduğu Nankai Universitetini, 2005-ci ildə proqram mühəndisliyi ixtisası üzrə bitirib.
Məzun olduqdan sonra Zhang “Kuxun” adlı satartapın ilk işçilərdən biri kimi şirkətə daxil olur. Burda əldə etdiyi bacarıqlar daha sonra ona öz şirkətini qurmaqda köməklik edib. Başlanğıcda adi mühəndis kimi girdiyi şirkətdə, ikinci kursda təxminən 40-50 nəfərə cavabdeh olan şəxsə çevrilir. Bu sürətli böyümə və onun bacarıqlara yiyələnmək üçün fitri qabiliyyəti gənc sahibkarı onilliyin yüksələn liderlərindən birinə çevirməyə kömək edib.
2009-cu ildə Zhang “99fang.com” adlı əmlak axtarışı saytı olan ilk biznesinə başlayır, amma üç il sonra biznesi tərk edir. 2012-ci ildə o, xəbər toplama proqramı olan “Toutiao” ilə sürətli uğur qazanan “ByteDance” şirkətini qurdu.
Sahibkarın 2007-ci ilin sonunda satış direktoru ilə iş görüşməsinə getməsi ona hansı satışların yaxşı satış olduğunu bilməyə köməklik edib. “Toutiao”nu quranda və işçiləri işə götürəndə bu təcrübə ona köməklik edib. Şirkət ilk günlər Pekində komandanın yaşayıb işlədiyi dörd otaqlı mənzildə fəaliyyətə başlayıb. Ən böyük otaq 10 kvadratmetr olsa da, onların ideyaları çox böyük idi. Kiçik bir mənzildə belə qloballaşmadan danışa bilirdilər.
Tətbiqin tez bir zamanda populyarlaşması Zhangi istifadəçilərə qısa videolar yaratmağa və paylaşmağa imkan verən yeni proqram yaratmaq barədə düşündürüb.
2016-cı ildə “Tik-Tok”un Çin versiyası olan “Douyin”i istifadəyə verdi. Beynəlxalq bazara isə "Tik-Tok" adı ilə 2017-ci ildə təqdim olundu. Tətbiq ani hit oldu, milyonlarla istifadəçi platformada qısa videolar yaratdı və paylaşdı. Tətbiqi inkişaf etdirmək üçün bütün idarə heyəti üzvlərinə öz “Tik-Tok” videolarını çəkməyə məcbur ediblər.
Bu addım həm ona, həm də işçilərə “Tik-Tok” ilə bağlı təcrübələrinə əsaslanaraq proqramı necə təkmilləşdirməyi başa düşməyə kömək edib.
Zhang düşünürdü ki, çinli sahibkarlar qloballaşdıqca öz imkanlarını da təkmilləşdirə bilərlər.
2017-ci ildə Zhang proqramı beynəlxalq bazara genişləndirmək qərarına gəlir. “Tik-Tok” qısa müddət ərzində milyonlarla istifadəçi cəlb edərək dünya üzrə populyarlıq qazandı. Gənc istifadəçi bazası, platformanın uğurunu artırdı.
Zhang Yimingin “Tik-Tok” ilə qlobal bazara açılması, “ByteDance”i dünyanın ən qiymətli startaplarından birinə çevirdi və “TikTok” müasir sosial media mühitinin mühüm bir hissəsi oldu.
2021-ci ildə CEO vəzifəsindən istefa etsə də, hələ də şirkətində strateji qərarların verilməsində rol oynayır. Zhang Yiming müasir texnologiyaların və sosial medianın inkişafında əhəmiyyətli bir təsir yaradan şəxsiyyətlərdən biridir.
Maya Hüseynova