Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən böyük ödəniş sistemlərindən birinin operatoru olan Amerikanın “Mastercard” şirkəti üçüncü rübdə xalis mənfəətini 2% artırıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Bildirilir ki, iyul-sentyabr aylarında xalis mənfəət əvvəlki ilin eyni dövründəki 3,198 milyard dollarla müqayisədə 3,263 milyard dollar təşkil edib. Gəlir 13% artaraq 7,369 milyard dollara çatıb.