Referans.az" target="_blank">Referans.az -ın "Rəqəmsal dünya" rubrikasının qonağı “1Link” rəqəmsal təhsil platformasının təsisçisi Sənan İbrahimovdur. Sənan İbrahimovla müsahibəni sizə təqdim edirik.
-Sənan bəy, əvvəlcə özünüz barədə məlumat verəsiniz!
- Oxucuları və sizi salamlayıram və dəvətiniz üçün minnətdaram. Mən Sənan İbrahimov 7 ildən çoxdur ki, startap ekosistemindəyəm və bir neçə uğurlu startapın həmtəsisçisiyəm. Hal-hazırda isə yeni layihəm olan “1Link” -dən danışmaq istərdim. Çünki bu bütün karyeram boyunca rəqəmsallaşdırdığım bizneslərin SaaS şəklində bir yerdə cəmlənməsidir.
- Bundan öncə hansı sektorda olan bizneslərə rəqəmsal həllər vermisiniz?
- İlkin etaplardan baxmağa başlasaq ölkənin ilk ingilis dili platformasının həmtəsisçilərindən biri olmuşam və bu platforma hal-hazırda da fəaliyyətdədir. Ondan sonra ölkənin ən böyük ingilis dili kurslarından birini (3 filial və 950 tələbə) rəqəmsal platforma ilə təmin etdim və daha irili-xırdalı 10-a yaxın kompaniyaya da rəqəmsal həllər verdim.
- “1Link” hansı problemi həll edəcək?
- Çox problemi (gülüş). Kontent yaradıcıları, təhsil müəssisələri bundan yararlana bilər. Məhsullarını ya video dərslik, ya da canlı dərs şəklində sata bilərlər. “1Link” iki tərəfdən ibarətdir. 1-ci tərəf menecment, 2-ci tərəf isə tələbə. Burda bir təhsil mərkəzini lazım olandan artıq funksionallıqla təmin etmişik ki, heç bir sıxıntı yaşanmasın.
- “1Link”in hədəf kütləsi kimlərdir?
- Ölkədə və ölkə xaricində olan məhsulu olan kontent yaradıcısı, psixoloqlar, kurslar (dizayn, ingilis dili, proqramlaşdırma, marketinq və s.). Bazar araşdırması zamanı özümə də maraqlı idi ki, görəsən belə platformalar qlobal bazarda varmı? Axtarışdan sonra bəlli oldu ki, bazarda ciddi boşluq var və məndə bu boşluqdan istifadə edərək “1Link”i təqdim edirəm.
- Sənan bəy, sizi tanımaq çox xoş oldu. Ümid edirəm tez bir zamanda səsiniz qlobal bazarlardan gələr və biz yenidən sizinlə görüşüb müsahibə götürərik.
- Mən sizə təşəkkür edirəm bu müsahibə üçün. Sizə və oxucularınıza gününüz uğurlu olsun deyirəm!
Söhbətləşdi: Bünyamin Bünyadzadə