1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Komandanlığının fəaliyyətə başladığı 2017-ci ildən bu günə qədər axtarışda olan 26 865 nəfər saxlanılaraq aidiyyəti üzrə dövlət orqanlarına təhvil verilib".
Oxu.Az xəbər verir ki, bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilən mediaturda qurumun rəisi Elşən Verdiyev deyib.
Bildirilib ki, ümumilikdə 86 123 əməliyyat tapşırığı yerinə yetirilib:
"2 296 halda saxta, 178 halda özgəsinə məxsus sənədlərlə dövlət sərhədini keçməyə və 19 halda gizli şəkildə dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb. Dövlət sərhədini keçməyə hüquq verən sənədləri olmayan 58 503 nəfər barəsində müxtəlif qərarlar qəbul edilib".
Aygün Mirakif