İsrailin dövlətə məxsus Kan TV, Livanla atəşkəs sazişi layihəsini dərc edib, buna əsasən, Livanın cənubuna Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq müstəsna olaraq Livan Silahlı Qüvvələri və BMT sülhməramlıları tərəfindən nəzarət ediləcək və İsrail öz qoşunlarını yeddi gün ərzində Livandan tamamilə çıxaracaq.
Vətəninfo.az xəbər verir ki, müqavilə layihəsinə əsasən, imzalandığı andan İsrail Müdafiə Qüvvələri ilə Hizbullah hərəkatı arasında tam atəşkəs təmin edilməlidir.
Atəşkəs 60 günlük müddətə başlayacaq və bu müddət ərzində Livan Ordusu və BMT-nin Livandakı Müvəqqəti Qüvvələri Litani çayının cənubundakı Hizbullah infrastrukturunun tam tərksilah edilməsini təmin etməli, bu ərazidə silahlı qruplaşmaların olmamasına zəmanət verməlidir.
İsrail də öz növbəsində yeddi gün ərzində Livanın cənubundan İDF bölmələrini çıxarmalıdır. Sənəddə deyilir ki, çıxarılma ABŞ və başqa ölkənin nəzarəti altında həyata keçiriləcək.
Müqavilə layihəsində atəşkəsdən sonra Livan ordusunun quru, hava və dəniz yolu ilə bütün sərhəd keçid məntəqələrində öz qüvvələrini yerləşdirməsi nəzərdə tutulur. Qeyd olunur ki, Livan hökuməti ölkəyə istənilən silah idxalına və ya ölkə daxilində istehsalına tam nəzarət edəcək.