AZ

“Diqqətini pul qazanmağa yönəltməsi onun səhvi idi”

“Zenit-2” komandasında Ramil Şeydayevin baş məşqçisi olmuş Vladislav Radimov Rusiya mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis millimizin üzvünün karyerasından da söz açıb. O, Ramilin Azərbaycan yığmasını seçməsi barədə bunları deyib:

“Ramil ölkələri gəzdikdən sonra özünü itirdi. “Trabzonspor”, “Jilina”, “Qarabağ” və b. Bütün bunlar onun inkişafına mane oldu. Düşünürəm ki, diqqətini pul qazanmağa yönəltməsi onun səhvi idi. Mən belə başa düşürəm ki, Azərbaycan pasportuna görə ona pul vermişdilər. Qolovinin çıxış etdiyi gənclərdən ibarət komandada Şeydayev bir nömrə idi. O, Avropa çempionatının qalibi olub. Öz yaşıdları olan hücumçular arasında ən güclüsü sayılırdı. Şayiələrə görə, Azərbaycan yığmasını seçdiyi üçün 500 min dollardan bir milyona qədər pul almışdı”.

Seçilən
91
idmanxeber.az

1Mənbələr