AZ

Polşa rəsmiləri Zelenskiyə cavab verdi

Polşa Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi Ukrayna prezidenti Volodimir Zelenskinin Varşavanın vəd edilmiş MiQ-29 qırıcılarını Kiyevə təhvil vermək istəməməsi ilə bağlı sözlərinə cavab verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşanın XİN rəhbəri Radoslav Sikorskinin sözlərinə görə, ölkənin imkanları məhduddur.

“Biz həm də cəbhəyanı dövlətik, Rusiya bizi də təhdid edir və hər şey mümkün deyil”, – deyə nazir bildirib.

Bu arada Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış ölkəsinin müdafiə qabiliyyətinin prioritet olduğunu qeyd edib.

“Polşa Ukraynaya mümkün qədər çox hərbi texnika ötürdü, lakin sərhəd Polşanın müdafiə qabiliyyəti və təhlükəsizliyidir”, – deyə ifadə edib.

Seçilən
59
26
yenicag.az

10Mənbələr