AZ

Günəş Şərqdən doğur. Günəşə doğru! -VİDEO

1996- cı ilin noyabrın 1 - də , dünyagörüşü ilə seçilən bir qrup gənç " 7 Gün " qəzetindən ayrılaraq " Şərq " in əsasını qoydu. Həmin dövrdə ölkədə " qəzet bumu " yaşanır, hər gün , hər həftə yeni qəzet satışa çıxarılırdı.
" Şərq " isə ilk sayından dizaynı, maraqlı yazıları, özəl xəbərləri ilə seçildi. 1000 tirajla nəşrə başlayan qəzetin 3 ay sonra tirajı 6 mini üstələdi. Bununla da Şərq qəzeti günaşırı nəşrə başladı. 90 faizdən cox satış göstəriçisi  " Şərq " i rəqabət mühitində önə çıxardı. " Nə iqtidar, nə müxalifət ! Yalnız həqiqət " prinsipini qorumağa çalışan " Şərq " qısa zamanda  müstəqil qəzetçilik xəttinin parlaq obrazına çevrilməyi baçardı.
2001 - ci ilin aprelində " Şərq " gündəlik çap olunmağa başladı. Çətinliklə nəşrini qoruyub saxlayan qəzetin nüfuzu , içtimai rəyə təsir imkanları getdikçə  artdı. " Şərq " heç vaxt siyasi oyunçuya ,  partiyalı qəzetə çevrilmədi.
" Şərq " in ən böyük üstünlüyü və gücü jurnalistlərə müstəqil yaradıçılıq mühiti yaratmasında , gənclərə qapı açmasında və yeni imzaları çəkinmədən  tanıtmasındadır.
 28 il müddətində qəzetdə 200 - ə yaxın jurnalist çalışıb , əksəri  ilk qələm təçrübəsini burda öyrənib .
Bu gün müxtəlif media strukturlarında, dövlət qrumlarında, içtimai sektorda  onlarla " Şərq " çi çalışır. Bu həmkarlarımızın hamısı bu gün  şərəflə " Şərq " çi adını daşıyır. 
Günəş Şərqdən doğur. Günəşə doğru.
Bayramımız mübarək!




Seçilən
54
sherg.az

1Mənbələr