AZ

ADY gücləndirilmiş iş rejminə keçib

"Azərbaycan Dəmir Yolları" QSC noyabrın 1-dən COP29 ilə bağlı gücləndirilmiş iş rejiminə keçib. 

"Qafqazinfo" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

“Bununla bağlı mövcud stansiya və dayanacaqlarda əməkdaşların sayı artırılıb. Bundan başqa, təhlükəsizlik tədbirləri də gücləndirilib. Sərnişinlərin hərəkətini tənzimləmək üşün naviqasiya sistemləri quraşdırılıb. Qatarların hərəkətini əks etdirən yeni monitorlar quraşdırılıb. Bakı Dəmiryolu Vağzalında genişləndirmə işləri aparılıb", - o qeyd edib.

Gülnar Əliyeva

Seçilən
82
2
qafqazinfo.az

10Mənbələr