ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə biznesmen İlon Maskı və ABŞ-ın keçmiş prezidentinin qardaşı oğlu Robert Kennedini prezident administrasiyasına daxil etməyə hazırdır.
Turkustan.az xəbər verir ki, o bunu Taker Karlsona müsahibəsində bildirib:
"Robert Kennedi bizimlədir. O, səhiyyə sahəsində işləyəcək, çünki qeyri-sağlam bir ölkəyik".
Tramp Maskın gələcək administrasiyada hansı rolu oynaya biləcəyini açıqlamayıb və yalnız bunu deyib: “Bu cür insanların bizimlə işləməsini istəyirik”. /Yenisabah.az/