AZ

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid İsmət Priyevin qalıqları dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşən, 32 il sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Priyev İsmət Medal oğlunun qalıqları dəfn olunub.

APA-nin Şirvan bürosu xəbər verir ki, şəhidin qalıqları Çərəkə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Priyev İsmət Medal oğlu 1975-ci ildə Göyçay rayonunun Çərəkə kəndində anadan olub. İsmət Priyev 29 aprel 1993-cü ildə hərbi xidmətə yola düşüb. 1 yanvar 1994-cü ildə Fizuli rayonu istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Onun Beyləqan rayonundakı “Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən olunub. Bu gün Göyçay rayonunun Çərəkə kəndinə gətirilib və evində vida mərasimi keçirilib.

Seçilən
37
4
apa.az

5Mənbələr