AZ

COP29-la bağlı yükdaşıma xidməti gücləndirilmiş iş rejiminə keçib

Bakı. Trend:

COP29 tədbirlərinə hazırlıqlar çərçivəsində yükdaşıma xidməti dəgücləndirilmiş iş rejiminə keçib.

Trend-in məlumatına görə,bunu Azərbaycan Dəmir Yollarında Sərnişindaşımlar departamentininrəisi Azər Fərəcov COP29 tədbirinə hazırlıq çərçivəsində BakıDəmiryol Vağzalı və Koroğlu dayanacağına təşkil olunmuş mediaturzamanı deyib.

O bildirib ki, yükdaşımalara aid sahə, stansiya, dispetçerməntəqələri, lokomotivlərin və vaqonların istismarı depolarındamüntəzəm monitorinqlər aparılır:

"Yük qatarlarının hərəkətinin qrafikə uyğun tənzimlənməsinədaimi nəzarət aparılır. Yükdaşımaların təhlükəsiz, vaxtında vəsəmərəli təşkili, yük qatarlarının reqlamentlərə uyğun istismarıüçün sahəvi əməkdaşlara əlavə təlimlər və texniki məşğələlərkeçirilir.

Yükdaşıma və sərnişindaşıma xidmətlərinin fasiləsizliyini təminetmək üçün infrastruktura əsaslı baxış keçirilir, profilaktiktədbirlər görülür. Dəmir yollarının müntəzəm diaqnostikasıaparılır.

COP29 tədbirinə hazırlıqların davamı kimi dəmir yollarınınətrafı və yaxın ərazilər tullantılardan təmizlənib, tullantılarçeşidlənərək aidiyyəti üzrə təhvil verilib.

Yaşıllaşdırma işləri çərçivəsində dəmir yolları ətrafında yeniağac zolaqları salınıb".

"Sərnişindaşıma və yükdaşıma xidmətlərinin təkmilləşdirilməsiilə paralel olaraq dəmiryol muzeyində də COP29 iqlim sammitinəhazırlıq üçün tədbirlər görülüb. Muzeyə 3 dildə danışan bələdçilərcəlb edilib. Xarici qonaqlar üçün məlumat əlçatanlığını təmin etməküçün 60-a yaxın eskponat haqqında məlumatların QR kod vasitəsiləəldə edilməsi təmin edilib. Muzeyin daxili konstruksiyasıyenilənib, “zaman qatarı” guşəsi hazırlanıb, həmçinin yenilənmişkino zalda bir neçə dildə dəmir yolları haqqında sənədli filmlərinnümayişinə başlanıb.

“Ammendorf” model qatarından hazırlanmış “zaman qatarı“eksponatı muzey ziyarətçilərinə fərqli səhnələr və mənzərələrboyunca virtual səfər etmək fürsəti təqdim edir", - A.Fərəcovvurğulayıb.

Seçilən
66
9
az.trend.az

10Mənbələr