Hindistanın paytaxtı Yeni Dehli Diwali işıqlar festivalı zamanı istifadə edilən atəşfəşanlığa görə dünyanın ən çirkli şəhəri olub.
Festival zamanı istifadə edilən atəşfəşanlıq Hindistanda havanın çirklənmə səviyyəsini hər il pisləşdirir. Beləliklə, yerli hökumətlər Divali festivalı zamanı və qış aylarında atəşfəşanlıqdan istifadəni qadağan etmək qərarına gəliblər.
News24.az xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə qadağaya baxmayaraq, Diwali işıq festivalında istifadə edilən atəşfəşanlıq havanın çirklənməsinin artmasına səbəb olub.
Hava keyfiyyəti indeksi (AQI) 348 ilə ölçülən Yeni Dehli bu gün dünyanın ən çirkli şəhəri olub.
Havanın keyfiyyətinin azalması ilə əlaqədar şəhərdə dumanlı hava hökm sürür və paytaxtda yaşayanların bir qismi maska taxaraq küçəyə çıxır.
Qeyd edək ki, Hindistanın şimalında fermalarda tullantıların yandırılmasının da havanın keyfiyyətinin pisləşməsinə təsir etdiyi bildirilib.
Günel Məlikzadə