AZ

Son 20 ilin ən ölümcül 10 fəlakəti — Yarım milyondan çox insan öldü

Son 20 ildə dünyada baş verən ən ölümcül 10 hava fəlakətində yarım milyondan çox insan həyatını itirib. İspaniyada daşqından sonra ağla gələn hadisələr üç tropik fırtına, dörd istilik dalğası, bir quraqlıq və iki sel olub. Bu fəlakət nətincəsində ölənlərin sayı 158-ə çatıb. 

Demokrat.az
xəbər verir ki, iqlim dəyişikliyinə ən çox təsir edən amilin qalıq yanacaqlardan asılılığın olduğunu bildirən klimatoloq Friederike Otto neft, qaz və kömür yandırmağa davam edəcəyimiz halda əziyyətimizin də davam edəcəyini deyib.

2004-cü ildən bəri dünyada baş verən hava hadisələri, quraqlıqdan sellərə, həddindən artıq istidən qasırğalara qədər 570 mindən çox insanın ölümünə səbəb olub.

2011-ci ildə 250 minə yaxın insanın həyatına son qoyan Somali quraqlığı, 100 mindən çox insanın ölümünə səbəb olan "Nargis" siklonu və Avropada iki il dalbadal baş verən və 90 mindən çox insanın ölümünə səbəb olan isti dalğası da son 20 ildə baş vermiş ən ölümcül 10 hava fəlakəti arasındadır.

Alimlər bu günə qədər yaşanan təbii fəlakətlərin iqlim dəyişikliyinə görə artacağı ilə bağlı xəbərdarlıq ediblər. Üç tropik fırtına, dörd istilik dalğası, bir quraqlıq və iki daşqın daxil olmaqla 10 fəlakəti qiymətləndirən klimatoloq Friederike Otto deyib ki, iqlim dəyişikliyi uzaqdan təhlükə deyil.

1. Somali quraqlığı (2011) - Son 20 ildə ən ölümcül 10 fəlakət siyahısında birinci yerdə 2011-ci ildə ciddi ərzaq böhranına səbəb olan Somali quraqlığı olub. Quraqlıqdan ən çox Somali təsirlənərkən, Cibuti, Efiopiya və Keniya da daxil olmaqla Şərqi Afrikada cəmi 258 min insan həyatını itirib.

2. Nsrgis qasırğası (2008) - Siyahıdakı ikinci ən ölümcül fəlakət 2008-ci ilin mayında Myanmada baş verib. Myanmanı vuran "Nargis" qasırğası nəticəsində 138 min insan həyatını itirib. 11 metrlik dalğalar yaradan siklon 2004-cü ildə ən azı 232 min insanın ölümünə səbəb olan "Hədiyyə günü sunamisi"ndən sonra Asiyanı vuran ən böyük təbii fəlakət olub. Xristianların Milad dini bayramından sonrakı ilk gündə baş verən sunami Hind okeanında baş verən zəlzələ nəticəsində yarandığı üçün siyahıya daxil edilməyib.

3. Dondurucu Rusiya istiləşir (2010) - Ümumilikdə dondurucu temperaturla tanınan Rusiyada 2019-cu ilin yayında isti dalğasının təsiri ilə aylıq temperatur orta göstəricidən 5 dərəcə yuxarı olub. 55 736 nəfərin ölümünə səbəb olan həddindən artıq istilər həmçinin illik məhsul istehsalının 25 faiz azalmasına və ümumi iqtisadi itkilərin 15 milyon dollardan çox olmasına səbəb olub.

4. Avropada isti dalğaları (2022) - Avropa qitəsində ən ölümcül ekstremal istilər 2022-ci ildə baş verib. Fransa, İtaliya, İspaniya, Almaniya və Böyük Britaniya kimi Avropa ölkələri 2022-ci ilin yayında ən təhlükəli isti dövrlərdən biri ilə üzləşib. Ümumilikdə 53 min 542 nəfər 40 dərəcəni keçən istilər səbəbindən həyatını itirib. Böyük Britaniyanın Linkolnşir bölgəsində temperatur ilk dəfə 40,3 dərəcə göstərərək rekord qırıb.

5. Avropada hədsiz istilər (2023) - 2015-ci ilin yayında Avropada yaşanan həddindən artıq istilərin ən pisi 2023-cü ildə yaşanıb. Həddindən artıq temperatur İtaliya, Fransa, İspaniya, Almaniya, Yunanıstan və Rumıniyanı vurub. Sürətlə yüksələn temperatur və Avropada artan həssas əhali səbəbiylə 37 min 129 adam həyatını itirib.

6. Daniel fırtınası (2023) - Əksəriyyəti Liviyada olan Aralıq dənizi ölkələrində təsirli olan "Daniel fırtınası səbəbiylə 12 min 352 adam həyatını itirib. Daniel fırtınası Liviyanın Derna şəhərində iki bəndin dağılmasında təsirli olmaqla yanaşı, Yunanıstan, Bolqarıstan və Türkiyədə də az sayda insan tələfatına səbəb olub.

7. Haiyan tayfunu (2013) - Filippinin yerli əhalinin Yolanda kimi tanıdığı bölgəni vurub. Hündürlüyü 5 metrdən çox olan dalğalar bəzi ərazilərdə, o cümlədən regionun Tacloban qəsəbəsində baş verib. 7 min 354 nəfərin ölümünə səbəb olan tayfun Filippinlə yanaşı Vyetnam, Tayvan, Honq Konq, Palau, Mikroneziya və Çində də təsirli olub.

8. Şimali Hindistan daşqınları (2013) - Daha çox Hindistanın Uttarakhand əyalətini vuran daşqınlarda ümumilikdə 6 min 54 nəfərin öldüyü açıqlanıb. Bildirilib ki, 2013-cü ilin iyun ayında baş verən fəlakət rütubətin 11 faiz çox olmasına səbəb olub.

9. Banqladeşdəki Sidr siklonu (2007) - Banqladeşin hazırlıqsız sahil bölgələrini vurub və ümumilikdə 4234 nəfərin ölümünə səbəb olub. 30 bölgəni vuran qasırğa 450 mindən çox evi, altı rayonda isə evlərin 50 faizindən çoxu zədələnib və ya dağılıb.

10. Avropada istilik dalğası (2015) - Hamısı Fransada olan 3275 nəfər həddindən artıq istilərə dözə bilmədiyi üçün həyatını itirib.

Jalə
Demokrat.az
Seçilən
63
demokrat.az

1Mənbələr