AZ

COP29 dönəmində bu şəxslər dəmir yolundan pulsuz istifadə EDƏCƏKLƏR

“Bu gündən etibarən ADY gücləndirilmiş iş rejiminə keçir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sərnişindaşıma departamentinin rəisi Azər Fərəcov COP29 tədbirinə hazırlıq çərçivəsində media nümayəndələri üçün Bakı Dəmiryolu Vağzalı və Koroğlu dayanacağına mediaturda deyib.

O bildirib ki, mötəbər tədbir iştirakçılarının dəmir yolundan effektiv istifadələri üçün zəruri tədbirlər görülüb: 

“Belə ki, işçilərin sayı artırılıb. Onlar xüsusi təlimlərə cəlb olunub. Bundan əlavə, bütün stansiyalarda və qatarlarda təhlükəsizlik tədbirləri gücləndirilib, bütün dayanacaqlarda yeni naviqasiya sistemi quraşdırılıb”. 
 

ADY rəsmisi onu da qeyd edib ki, COP29-un keçiriləcəyi günlərdə ADY gün ərzində 5 min tədbir işçisinin daşınmasını planlaşdırır.    


Azər Fərəcov əlavə edib ki, COP29-da akreditasiya olunmuş şəxslər tədbir günlərində dəmir yolundan pulsuz istifadə edə biləcəklər.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
66
1
bizim.media

2Mənbələr