Rusiyada maraqlı hadisə baş verib. Baza Telegram kanalının yaydığı məlumata görə, Moskva vilayətində həkimlər 11 yaşlı məktəblinin cinsiyyət orqanından iri tikiş iynəsini çıxarıblar.
Qeyd edilib ki, oğlan valideynləri ilə birlikdə Moskva Regional Analıq və Uşaq Müdafiəsi Mərkəzinə gedib.
"Uşaq sidiyə çıxanda ağrıdan şikayətlənib, həkimlər ona görə də xəstəni rentgen aparatına salıblar. Mütəxəssislər şəklə baxanda şagirdin sidik kanalında böyük bir iynənin olduğunu anlayıblar", - nəşr yazıb.
Həkimlər iynənin uşağın cinsi orqanına necə girdiyini soruşduqda o, "iynə ilə sadəcə oynayırdım" deyib. Həkimlər yeddi santimetrlik yad cismi əməliyyatsız və kəsiksiz çıxara biliblər. Onlar xüsusi miniatür forseps və mini kameradan istifadə edilən sistoskopiyadan yararlanıblar.
Tural