AZ

PKK Öcalanın çağırışına məhəl qoymadı

MHP sədri Dövlət Baxçalının çağırışından sonra DEM Partiyasından olan millət vəkili və Abdullah Öcalanın qardaşı oğlu Ömər Öcalan İmralıdakı həbsxanaya gedərək PKK lideri ilə görüşmüşdü. Öcalan qardaşı oğlu vasitəsilə göndərdiyi mesajda yeni prosesdə rol oynaya biləcəyini demişdi.

Axar.az xəbər verir ki, bunu “Hürriyyət” qəzetinin yazarı Əbdülqədir Selvi yazıb.

Onun sözlərinə görə, Öcalan “şərtlər yaranarsa, münaqişəli prosesi hüquqi və siyasi zəminə çəkəcək nəzəri və praktiki gücə sahibəm” demişdi.

Yazar Öcalanın bu sözlərinin DEM Partiyası və Qəndilə çatdırıldığını bildirib.

Selvi qeyd edib ki, Öcalanın mesajından sonra Qəndil silahı yerə qoymamaq niyyətindədir.

PKK-nın liderlərindən olan Duran Qalxan Öcalanın çağırışına baxmayaraq, silahı yerə qoymayacaqlarını və terroru davam etdirəcəklərini deyib:

“Hər şey Öcalanın fiziki azadlığından asılıdır. Bu, baş verməsə, konkret inkişaf olmayacaq. Müharibə var, davam edir, bitməyib”.

Seçilən
34
2
axar.az

3Mənbələr