AZ

İndiyədək nə qədər jurnalist öldürülüb? – ŞOK RƏQƏMLƏR

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, 1993-cü ildən bəri törədilən jurnalist qətllərinin 90 faizinin üstü açılmamış qalır. Ədliyyə orqanları  qətllərin 13 faizində qərar verə bilib. Digər tərəfdən, cinayət işlərinin 27 faizində “hüquqi prosesin vəziyyəti məlum deyil”.

 

News24.az xəbər verir ki,  BMT Baş Assambleyası noyabrın 1-ni “Jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlıqla Beynəlxalq Mübarizə Günü” elan edib. 2013-cü il noyabrın 2-də qəbul edilən bu qərar Malidə öldürülən iki fransız jurnalistin xatirəsinə verilib.

 

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) məlumatına görə, 1993-cü ildən bəri dünyada 1700-dən çox jurnalist öldürülüb.

 

YUNESKO-nun məlumatına görə, hər 10 jurnalist qətlindən az qala 9-da məhkəmə prosesi başlanmayıb və başlanan proseslər yekunlaşmayıb. Öldürülən jurnalistlərin əksəriyyəti redaksiyadan kənarda dünyasını dəyişib.

 

YUNESKO-nun məlumatına görə, 2020-2021-ci illərdə 117 jurnalist öldürülüb. Onların arasında 91 jurnalist ya maşında, ya da küçədə öldürülüb. Bəzi jurnalistlərin cəsədləri qaçırıldıqdan bir neçə gün sonra haradasa tərk edilmiş halda tapılıb. Bu jurnalistlərin bəziləri ailə üzvlərinin gözü qarşısında qətlə yetirilib.

 

Münaqişə zonalarında öldürülən jurnalistlərin sayı da artıb. 2023-cü ildən bəri öldürülən jurnalistlərin 50 faizi münaqişə zonalarında ölüb. ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) 2023-cü ildə 99 jurnalistin öldürüldüyünü və onlardan 69-nun Qəzzada öldüyünü açıqlayıb.

 

Aynurə


Seçilən
53
news24.az

1Mənbələr