AZ

İran İsraili bu ölkənin ərazisindən vuracaq - BÖYÜK İDDİA

İran yaxın günlərdə İraqdan İsrailə hücum etmək niyyətindədir. Bu, ABŞ-də prezident seçkilərindən əvvəl baş verəcək.

“Cebheinfo.az” xəbər verir ki, bunu İsrailin iki kəşfiyyat mənbəsi “Axios”-a bildirib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, İsrail İrandan çoxlu sayda pilotsuz təyyarə və ballistik raketlərdən istifadə edəcəyini gözləyir. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlami dünən deyib ki, İsrail keçən həftə zərbə endirməklə səhv edib. Onun sözlərinə görə, Tehranın cavabı hər hansı bir ssenaridən fərqli olacaq.

İranın yüksək rütbəli rəsmisi onun şərhlərini təsdiqləyərək əlavə edib ki, hücum çox güman ki, noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərindən əvvəl baş verəcək: “Bu, güclü və ağrılı cavab olacaq”.

Eyni zamanda, adının açıqlanmasını istəməyən amerikalı rəsmi “Axios”-a bildirib ki, Vaşinqton İranın İsrailə hücum etmək qərarına gəldiyinə əmin deyil.

Oktyabrın 26-na keçən gecə İsrail Müdafiə Qüvvələri (İDF) İrana hücum edib. F-35 gizli qırıcıları da daxil olmaqla, təxminən 100 Hərbi Hava Qüvvələrinin təyyarəsinin iştirak etdiyi hücum İranın raket sənayesindəki əsas zavodlara zərbə endirib.

Məlumata görə, İDF İranın arsenalının əsas hissəsini təşkil edən İran ballistik raketləri üçün yanacaq istehsal edən 12 obyekti sıradan çıxarıb. ABŞ-nin yüksək rütbəli rəsmisi nəşrə təsdiqləyib ki, hücum Tehranın bu cür silahların yaradılması sahəsində istehsal imkanlarını xeyli zəiflədəcək.

İsraildən olan məlumatlı mənbə izah edib ki, məhv edilmiş qurğular İranın təkbaşına istehsal edə bilmədiyi və Çindən almağa məcbur olduğu yüksək texnologiyalı avadanlıqdır. Onları bərpa etmək üçün ən azı bir il vaxt lazımdır.

Oktyabrın 1-də İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq İsrailin İrana endirdiyi zərbə İran hökumətində “dərin həyəcana” səbəb olub. Tehrandakı mənbələr “The New York Times”-a bildiriblər ki, hücum hava hücumundan müdafiə sisteminə ziyan vurub. İslam Respublikasının enerji və iqtisadi mərkəzləri müdafiəsiz qalıb.

Xəzər

“Cebheinfo.az”

Seçilən
101
50
cebheinfo.az

10Mənbələr