Hazırda Bakı sərnişin stansiyasından gün ərzində 30 minədək sərnişin istifadə edir.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, ötən il bu stansiyadan istifadə edən sərnişinlərin sayı 5 milyon nəfərə yaxın olub.
“Cari ilin on ayında isə bu rəqəm 4 milyon yarıma çatıb. Bu stansiyada keçid turniketlərinin sayının artırılması ilə bu günə kimi 1 dəqiqədə maksimum 750 nəfər keçə bilirdisə, hazırda 36 turniketlə bu rəqəm 1000-ə çatdırılıb”, - deyə ADY-nın department rəisi vurğulayıb.