AZ

Fransada məscidə irqçi hücum edildi

Fransanın şimalında məscidə irqçi hücum həyata keçirilib.

Turkustan.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, oktyabrın 29-da ölkənin şimalındakı Amiens şəhərinin Viktorina Otier küçəsində yerləşən Assounna məscidinin qapısı yandırılıb. Məscidin rəhbərliyinə məsul olan dərnək irqçi hücumla bağlı şikayət edib.

Dərnəyin vitse-prezidenti Bilel Furtado səhər namazı üçün məscidə gələnlərin tüstü iyi gələn yanğını gördüklərini və orada alışan və yanan alətlərin olduğunu bildirərək bunun qəsdən törədilmiş hücum olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
18
4
turkustan.az

7Mənbələr