AZ

Rusiya ordusu Leonidovka, Novoukrainka və Şaxterskoyeni zəbt edib

Rusiya qoşunları qondarma "Donetsk Xalq Respublikası"nda (DXR) Leonidovkaya nəzarəti ələ keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatın (SVO) gedişatının xülasəsində məlumat verib.

Bundan başqa, Donbassdakı Novoukrainka və Şaxterskoye yaşayış məntəqələri Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Oktyabrın 31-də "Vostok" qoşun qruplaşmasının bölmələri Yasnaya Polyananı da nəzarətə götürüb.

Oktyabrın 30-da isə Rusiyanın “Mərkəz” qoşun qrupunun bölmələrinin "Donetsk Xalq Respublikası"nın Selidovo kəndini nəzarətə götürdüyü bildirilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
34
news365.az

1Mənbələr