Çində qeydə alınan görüntü qısa zamanda ölkədə gündəm olub . Adı açıqlanmayan riyaziyyat müəlliminin 16 yaşlı şagirdi ilə öpüşərkən çəkilən videosu sosial şəbəkədə paylaşılıb.
XALQ.AZ xarici mətbuata istinadən xəbər verir ki, görüntülərin ölkənin Hebey əyalətindəki bir məktəbdə çəkildiyi iddia ediləndilib. Bundan sonra hədəfə alınan məktəbin rəsmiləri “Bu qadın bizim məktəbdə müəllim deyil” açıqlaması verib.
Məktəbin açıqlamasından sonra reaksiyalar artıb. Xüsusən də məzun olan şagirdlər dərhal reaksiya veriblər.
Şagirdlər görüntülərin real olduğunu və videonun sözügedən məktəbdə çəkildiyini iddia ediblər. Qadının 2023-cü ilə qədər məktəbdə işlədiyi bildirilib.