Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Türkiyə-Afrika tərəfdaşlığının 3-cü nazirlər konfransında iştirak etmək üçün Cibutiyə səfər edəcək. Konfrans noyabrın 2-3-də keçiriləcək.
Nazir Hakan Fidan konfransda Afrika ilə əlaqələrin Türkiyənin xarici siyasətinin əsas sütunlarından biri olduğunu vurğulayacaq. O, Türkiyənin Afrikada sülh və sabitliyin təmin olunmasına töhfə verməyə davam edəcəyini qeyd edəcək.
Hakan Fidan konfransda Afrika İttifaqının G20-nin tamhüquqlu üzvü olmasına güclü dəstəyini ifadə edəcək.
Konfransda Türkiyə-Afrika tərəfdaşlığının gücləndirilməsi üçün atılacaq addımlar müzakirə ediləcək. Konfransın sonunda “Birgə Bəyannamə” və “2022-2024-cü illərə dair ''Birgə icra hesabatı” adlı iki sənədin qəbulu planlaşdırılır.