AZ

"Vinisiusun "Qızıl top"u qazanmamasına təəccüblənmədim"

"Barselona"nın gənc müdafiəçisi Pau Kubarsi "Qızıl top" mükafatında "Real Madrid"in boykot edilməsi ilə bağlı açıqlama verib.

90deqiqe.Az "RAC1"ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu bu mükafatda ilk 10 və ya ilk 20-yə daxil olmaq artıq yaxşı nailiyyət olduğunu bildirib.

“Hər bir futbolçunun mərasimdə iştirak etməsi vacib məqamdır. Vinisiusun mükafatı qazanmaması məni təəccübləndirmədi. Onların Rodri ilə şansları bərabər idi. Mükafatı ispan futbolçunun qazanması yaxşı haldır”, - Kubarsi əlavə edib.

Xatırladaq ki, bu il “Qızıl top” “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri Ernandesə nəsib olub. Mərasimə Real Madriddən heç kim qatılmayıb.

Seçilən
63
90deqiqe.az

1Mənbələr