Ağdam. Trend:
31 il əvvəl itkin düşmüş hesab edilən və şəxsiyyətidəqiqləşdirilmiş mülki şəhid Səfərov Cahangir Səfəralı oğlununnəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.
Trend-inbölgə müxbiri xəbər verir ki, Quzanlı qəsəbəsindəki ŞəhidlərXiyabanında keçirilən vida mərasimində rayon sakinləri, rayon İcraHakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri vəəməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla anıblar dahasonra Azərbaycan Respublikasının Himni səsləndirilib.
Vida mərasimindən sonra Cahangir Səfərovun nəşi yaylım atəşialtında torpağa tapşırılıb.
Qeyd edək ki, Səfərov Cahangir Səfəralı oğlu 1942-ci ildə Ağdamrayonunun Yusifcanlı kəndində anadan olub. 1993-cü il iyunun 12-dəErmənistan silahlı bölmələri tərəfindın Yusifcanlı kəndinin birincidəfə işğalı zamanı itkin düşüb. Onun nəşinin qalıqları Xankəndişəhəri ərazisində aşkar edilib.