AZ

Rusiya statistikada senzura tətbiq edir

Rusiya

Rusiya Federasiyasının "Rosstat" idarəsi aylıq miqrasiya statistikasını dərc etməyi dayandırıb. Bu isə Rusiyanın statistikada senzura tətbiq etməsi anlamına gəlir.

Reyting.az
-ın məlumatına görə, demoqraf Aleksey Rakşa deyib ki,"Rosstat"-ın "Rusiyanın sosial-iqtisadi vəziyyəti" adlı daima nəşr olunan aylıq hesabatı və ölkədəki miqrasiya vəziyyəti ilə bağlı statistik məlumatların dərcini dayandırması təsadüfi ola bilməz.

Əvvəlki dövrlərdə Rusiyada "Rosstat"-ın hazırladığı hesabatlarda miqrasiyaya aid statistika bölməsində "Demoqrafiya" adı altında məlumatlar dərc olunurdu. Həmin bölmədə xüsusilə də ölkə daxilində, MDB ölkələriylə və xaricdə miqrasiya ilə bağlı məlumatlar verilirdi. Rakşa deyib ki, oktyabr ayının 30-da dərc olunmuş son, yanvar-sentyabr ayları üzrə hesabatda artıq belə məlumatlar yoxdur.



A. Rakşanın sözlərinə görə, "Metodoloji aydınlaşdırmalar" bölməsində indiyədək dəyişiklik yoxdur və hələ də miqrasiya ilə bağlı ancaq bir bənd var. Bütün bunlara baxmayaraq, yenə belə bir nəticə çıxır ki, bu cür məlumatlar ardıcıl olaraq hər ay dərc edilməlidir.

"Rosstat"-ın hesabatından miqrasiya ilə bağlı statistikanın yoxa çıxmasının səbəbi məlum deyil.

İyul ayında məlum olub ki, "Rosstat"-ın hazırladığı illik statistikada əsasən xarici səbəblərdən ölənlərin və ölüm hallarının sayı ilə bağlı ətraflı məlumatları özündə əks etdirən iki cədvəl yoxdur.

Rakşa bildirib ki, "Rosstat"-ın statistikasına Rusiya ərazisindəki xarici səbəblərdən və müəyyən xəstəliklərdən ölənlər yox, ancaq yol qəzalarında, eləcə də qətllərdə, intiharlar səbəbindən baş verən ölümlər daxil edilib.

Demoqrafın dedikləri ilə razılaşan Rusiyanın bəzi hüquq müdafiəçilərinin, ictimai fəalların və digər mütəxəssislərin fikrincə, burada məqsəd Rusiya dövlətinin təşəbbüsü ilə qanunsuz ordu sıralarına cəlb edilmiş miqrantlar barədə statistikanın gizlədilməsidir.

A. Rakşa onu da bildirib ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə başladandan sonra statistik məlumatlar müstəqil jurnalistlərdən ötrü müharibədə həlak olan rusların sayını təxmin etmək üsullarından birinə çevrilsə də, indi bu mümkün olmayacaq.

Oqtay QORÇU
Seçilən
40
reyting.az

1Mənbələr