"Real Madrid"in ulduz fransalı hücumçusu Kilian Mbappe 2024-cü ilin əvvəlində Liqa 1 klubu "Monako"nun səhmlərini almaq istəyib.
90deqiqe.Az "L'Equipe"yə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu 2024-cü ilin əvvəlində investisiya fondu vasitəsilə Moneqaskların səhmdarı olmaq arzusunda olsa da lakin qiymət çox yüksək olduğu üçün sövdələşmə uğursuz olub.
Qeyd edək ki, Mbappe sonda "Kaen" klubunun səhmlərinin 80 faizini alıb. Xatırladaq ki, rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovin hazırda “Monako”da çıxış edir. Kilian Mbappe bu mövsüm "Real Madrid"in heyətində La Liqada on oyun keçirib, altı qol vurub və bir məhsuldar ötürmə edib.