AZ

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 31 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şəkidə dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 31 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şəkidə dəfn olunub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş Şahid Sabir oğlu Məmmədov doğulub boya-başa çatdığı Şəki rayonu Orta Zəyzid kənd qəbirsanlığında torpağa tapşırılıb. Şahid Məmmədov qalıqlarının dəfn mərasimində rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqan əməkdaşları, hərbiçilər, rayon ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak edib.

Qeyd edək ki, Şahid Məmmədov 1974-ci ildə Şəki rayonu Orta Zəyzid kəndində dünyaya gəlib. 1992-cü ilin dekabr ayında həqiqi hərbi xidmətə gedib. 1993-cü ilin fevral ayında Ağdərə rayonu Mehmana kəndində gedən döyüşlərdə itkin düşüb. Şahid Məmmədovun qalıqları Vətən müharibəsi başa çatdıqdan sonra Ağdərə rayonu Mehmana kəndi ərazisində aparılan işləri zamanı tapılıb.

Seçilən
32
2
apa.az

1Mənbələr