Qazaxıstanın Baykonur kosmodromunun yaxınlığında iki nəfər şübhəli şəxs saxlanılıb. Məlum olub ki, Baykanura gələnlər Fransa və Almaniya vətəndaşlarıdır. Onlar kosmodromda yerləşən daşıyıcı raketi lentə almaq istəyiblər.
KONKRET.az xəbər verir ki, onlar smartfonları ilə raketin şəkilini çəkən zaman saxlanılıblar. “Qonaqlar” özlərini turist kimi qələmə verməyə çalışsalar da təhlükəsizlik xidməti onları həbs edib. Bundan əvvəl də Baykonur yaxınlığında Hollandiya və Belçika vətəndaşı saxlanılmışdı.
Vəli Həsənoğlu,
KONKRET.az