AZ

Beynəlxalq konfransda Azərbaycan alimlərinin məruzələri dinlənilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Rusiya Elmlər Akademiyası Dağıstan Federativ Tədqiqat Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun 100 illik yubileyi münasibətilə “Müasir tarixi-filoloji qafqazşünaslıq: vəziyyət, problemlər, perspektivlər” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda məruzə ediblər.

Əlyazmalar İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, konfransda şöbə müdiri dosent Əkrəm Bağırovun “Əliqulu xan Valeh Dağıstaninin ədəbi və bədii irsi”, elmi işçi Xatirə Kərimovanın və kiçik elmi işçi Günel Cəfərovanın müvafiq olaraq “General Maqsud Əlixan-Avarlının İran haqqında yol qeydləri” və “General Maqsud Əlixan-Avarlı Cənubi Qafqazda” mövzularında məruzələri dinlənilib.

Konfransda Rusiya, Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan, İtaliya, İspaniya, Yaponiya və bir sıra ölkələrdən alimlər iştirak ediblər.

Seçilən
80
1
tehsil.biz

2Mənbələr