“Onlar deməyi xoşlayırlar ki, mən Rusiyanın dostuyam, Rusiyaya işləmişəm, rus casusuyam. Bu insanlar xəstədir”.
“AzPolitika” xəbər verir ki, bunu Donald Tramp amerikalı jurnalist Taker Karlsona müsahibəsində Rusiyanın dostu olması haqda deyilənləri təkzib edərkən söyləyib.
Tramp bütün bunların Demokratlar partiyasının təbliğatı olduğunu deyib. O qeyd edib ki, əksinə, Rusiyanın böyük layihələri məhz onun dövründə əngəllənib.
Tramp “dünyanın ən böyük qaz kəməri” olan “Şimal axını 2”nin tikintisini əngəlləyənin də özü olduğunu qeyd edib: "Mən onu məhv etdim. Bunu məndən başqa heç kim edə bilməzdi".
Tramp yenidən seçiləcəyi təqdirdə milyarder İlon Maskı və keçmiş prezidentliyə namizəd Robert Kennedini yüksək vəzifələrə təyin etmək istədiyini bildirib.
“AzPolitika.info”