AZ

“İnflyasiyanın artma riski mövcuddur” - AÇIQLAMA

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb. Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, daxili və xarici şəraitin təhlili nəzərə alınmaqla qəbul olunub.

İqtisadçı Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, AMB-nin mandatına daxil olan əsas məsələ inflyasiyanın idarə edilməsi, saxlanması, makroiqtisadi sabitlik baxımından məsələyə qiymət verilməsidir.

Onun sözlərinə görə, qərar o formada verilib ki, manat dollara fiks edilmiş rejimdə qalıb və manatın nominal effektiv məzənnəsi son 10 ayda 4,9 faiz bahalaşıb:

“İnflyasiya rəqəmləri də 3,5 faizdir, yəni, Mərkəzi Bankın hədəfi çərçivəsindədir. AMB-nin hədəf intervalı isə 2-6 faiz arasındadır. İnlfyasiya gözləntiləri də uyğundur. Buna görə də hələ ki, stabil saxlamağa çalışacaq. Xüsusən də ilin ikinci yarısında enerji daşıyıcılarının və ictimai nəqliyyatda qiymətlərin artırılmasında inflyasiya təsirləri var”.

X.Kərimli qeyd edib ki, hazırda inflyasiya çox olmasa da onun artma riski mövcuddur: “Bunun əsas səbəbi büdcə xərclərinin və bankların verdiyi kreditlərin əvvəlki illərlə müqayisədə həcminin artmasıdır. Hətta inflyasiya aşağı olsa belə, indiki məqamda dayanıb gözləməyə üstünlük verir”.

 

İsmayıl Bakuvi

Seçilən
33
iqtisadiyyat.az

1Mənbələr