AZ

Diasporla İş üzrə Dövlət Komitəsinin 2024-cü ildə 9 aylıq fəaliyyəti rəqəmlərdə

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin bu ilin 9 ayı ərzindəkifəaliyyəti diaspor təşkilatları və xaricdəki Azərbaycan icmalarınınayrı-ayrı üzvləri, eləcə də ölkə ictimaiyyəti ilə qurumunəlaqələrinin daha da genişləndiyini, intensivləşdiyini sübutedir.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, Komitə müasir forma və metodları tətbiq edərəkAzərbaycan diasporu üçün məlumatların əlçatanlığının daha daartmasına nail olub.

2024-cü ilin 9 ayı ərzində diaspor təşkilatları və ayrı-ayrıicma üzvlərindən Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevə 416 təbrik, müraciət və təşəkkür məktubu ünvanlanıb.

Xaricdəki Azərbaycan icmalarının üzvlərinin və diasportəşkilatlarının müxtəlif mövzularla bağlı beynəlxalq təşkilatlaragöndərdikləri müraciət və bəyanatların sayı 107 olub.

Xarici ölkələrə səfərlər zamanı komitə rəhbərliyi və əməkdaşlarıxaricdə yaşayan azərbaycanlılarla 218, rəsmi şəxslərlə 163 görüşkeçiriblər. Bu müddətdə xaricdə yaşayan soydaşlarımızla keçirilənkütləvi görüşlərdə 4827 nəfər iştirak edib.

Diaspor üzvlərinin ölkəmizə səfərləri zamanı 933 soydaşımızlakomitədə görüş baş tutub.

Komitə əməkdaşlarının xaricdə yaşayan azərbaycanlılar vəAzərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri iləkommunikasiyanın inkişafı və genişlənməsi üçün daha çevik əlaqəsistemi formalaşdırılıb, e-mail, Whatsapp, SMS və telefonvasitəsilə 112349 nəfərlə danışıq və yazışma həyata keçirilib.

Bununla yanaşı komitənin rəsmi e-mail ünvanına([email protected]) ümumilikdə 2434 müraciət daxil olub.Müraciətlərin 475-i vətəndaşların fərdi müraciəti olub və hər birmüraciət baxılaraq cavablandırılıb.

2024-cü ilin 9 ayı ərzində sənəd dövriyyəsində sənədlərin ümumisayı 14644, komitəyə daxil olan vətəndaş zənglərinin ümumi sayı isə1036 olub və zənglər aidiyyəti üzrə cavablandırılıb.

Komitə qeyd olunan müddətdə ali təhsil müəssisələri iləəməkdaşlığı daha səmərəli şəkildə davam etdirib və qurumdaistehsalat təcrübəsində olan ali təhsil müəssisələri tələbələrininsayı ötən illərlə müqayisədə 3 dəfə artıb. 2024-cü ilin 9 ayında 71tələbə DİDK-da faydalı təcrübə əldə edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin kommunikasiya siyasətindəirəliləyiş və yeni keyfiyyət göstəriciləri müşahidə olunub. Cariilin 9 ayı ərzində komitənin və Azərbaycan diasporunun fəaliyyətiilə bağlı 1011 xəbərin press-relizi hazırlanıb. Xəbərlərin 262-sisiyasi, 187-si mədəni, qalanı, yəni 562-si maarifləndiriciistiqamətdə olub. Məlumatlar komitənin saytında, 100 adda xəbərsaytında, bütün yerli TV-lərdə, kabel televiziyalarında və onlarlayoutube kanalında yayımlanıb.

Qeyd olunan dövrdə komitənin xətti ilə xarici mətbuatorqanlarında 729 məqalə işıq üzü görüb.

2024-cü ilin 9 ayı ərzində İTV ilə komitənin Youtube kanalı olanDiaspor TV-nin ortaq layihəsi olan “Vətən uzaqda deyil” verilişininayda 2 buraxılışı hazırlanaraq İctimai TV-nin efirində yayımlanıb.Verilişlərin çəkilişi ABŞ, Qazaxıstan, İtaliya, Türkiyə vəAlmaniyada, eləcə də diaspor nümayəndələrinin səfərləri zamanıAzərbaycanda aparılıb. Komitənin və xaricdə yaşayanazərbaycanlıların fəaliyyəti mütəmadi olaraq Diaspor FM-dəsəsləndirilib, radionun xaricdən və Azərbaycandan onlarla qonağıolub.

Kommunikasiya strategiyasına uyğun olaraq komitə rəhbərliyinin,əməkdaşların, diaspor nümayəndələrinin yerli TV və radiolardaçıxışlarının sayı 500-ü ötüb. Komitənin və xaricdəki Azərbaycanicmalarının fəaliyyəti ilə bağlı analitik yazılar “Azeri-Observer”jurnalında, “Azərbaycan-Türkiyə” jurnalında və ölkənin müxtəlifmedia orqanlarında yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsi Diaspor Gənclərinin YayDüşərgələri, Diaspor Gənclərinin Qış Düşərgələri, QardaşlaşmışQarabağ Məktəbləri, Liderliyin İnkişafı, Diaspor Gəncləri Şəbəkəsi,1+1 Gənclər Proqramı, E-akademiya, Beyinqazanma, DiasporKönüllüləri, Türkdilli Dövlətlərin Gənclərinin Forumları, XaricdəkiAzərbaycanlı Alimlərin Forumları, Xaricdəki Azərbaycanlı HəkimlərinForumları, Xaricdəki Azərbaycanlı Mühəndislərin Forumları,Xaricdəki Azərbaycanlı Tələbələrin Forumları, Diasporun Qarabağasəfərləri və digər irihəcmli layihələri uğurla davam etdirib.

Komitənin dəstəyi, diaspor alimlərinin və xarici alimləriniştirakı ilə dünyanın tanınmış ali təhsil ocaqlarında ölkəmizintarixi və müasir inkişaf dövrü ilə bağlı onlarla elmi konfranstəşkil olunub. Bu konfranslar informasiya müharibəsinə böyük töhfəverib və Azərbaycanla bağlı dezinformasiyaların qarşısınınalınmasında əhəmiyyətli rol oynayıb. Qeyd olunan layihələrdəümumilikdə minlərlə soydaşımız və ölkəmizə dost münasibəti bəsləyənxalqların nümayəndələri iştirak edib.

Son zamanlar komitənin təşkilatçılığı ilə keçirilən kütləvitədbirlərin, həmçinin ixtisaslaşmış forumların sayının artması,eləcə də diasporun və ölkə ictimaiyyətinin bu tədbirləri təqdiretməsi komitənin sosial şəbəkə hesablarının izlənmə dərəcəsinəmüsbət təsir göstərib.

Komitə diaspor siyasətini Prezident İlham Əliyevin tapşırıq vətövsiyələri əsasında həyata keçirir, diasporla əlaqələringenişləndirilməsi, informasiyanın əlçatanlığının təmin olunması,dünya azərbaycanlılarının vahid şəbəkəsinin yaradılması sahəsindəkifəaliyyəti daha da təkmilləşdirir.

Seçilən
62
3
az.trend.az

3Mənbələr